Türkiyənin Artvin bölgəsində güclü yağışlar sürüşməyə səbəb olub.
 
RePost.Az xəbər verir ki, Kamalpaşa rayonunda qaya parçaları və torpaq dağdan sürüşərək magistral yola tökülüb.
 
Yoldan keçən TIR-lara ciddi ziyan dəyib. Ən azı 1 nəfərin öldüyü, yaralananların olduğu bildirilir.
 
Sürüşmə nəticəsində Qara dəniz sahilində Türkiyə-Gürcüstan beynəlxalq magistralı (Sarp sərhəd-keçib məntəqəsinə gedən yol) ikitərəfli bağlanıb.
 
Bölgəyə xeyli sayda təcili yardım, xilasetmə qüvvələri cəlb olunub.
 
Qeyd edək ki, bundan əvvəl də bölgədə sürüşmələr baş verib.

Baxış sayı: 1585 | Tarix: 01.07.2022
Bizi Telegramda izləyin: @repostaz