Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart"da qeydə alınıb. 
 
Marketin fasadına kimyəvi tərkibli örtük vurularkən, havalandırma sistemi vasitəsilə zəhərli hava içəri daxil olub. Nəticədə işçilər zəhərlənib. 
 
TƏBİB-dən isə bildirilib ki, 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
 
Faktla bağlı araşdırma davam etdirilir.
 
Daxili  İşlər Nazirliyinin Mətbuat xidmətindən RePost.Az-a faktı təsdiqləyiblər.

Baxış sayı: 3694 | Tarix: 04.07.2022
Bizi Telegramda izləyin: @repostaz