Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət humanitar yardım göndərilib.
 
Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bugün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.
 
Yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.

Baxış sayı: 3846 | Tarix: 05.07.2022
Bizi Telegramda izləyin: @repostaz