Azərbaycanda da maraqla izlənən “İşte benim stilim” verilişinin münsiflər heyəti arasında böyük qalmaqal yaşanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “TV8”-də yayımlanan verilişdə İvana Sərtlə Nur Yerlitaş arasında mübahisə yaşanıb. Nəticədə verilişin çəkilişləri yarımçıq qalıb. Prodüserlər münsifləri sakitləşdirməyə çalışsa da, çəkiliş davam etməyib və təxirə salınıb.

Nur Yerlitaş verilişi tərk etmək istəsə də, prodüserlər onun getməsinə icazə verməyib. Baş verənləri araşdırdıqdan sonra məlum olub ki, Nur Yerlitaş haqlı, İvana Sərt isə haqsız tərəfdir. Dolayısı isə prodüserlər İvana Sərt ilə vidalaşmağa qərar verib. Və dünən çəkilişlər İvanasız davam edib. Onun yerinə qonaq olaraq Hakan Ural dəvət edilib.

Qeyd edək ki, İvana Sərt əslən serbiyalıdır. O, karyerasına model kimi başlasa da, sonradan stilist kimi fəaliyyət göstərməyə başlayıb.


Baxış sayı: 2326 | Tarix: 10.03.2017
Bizi Telegramda izləyin: @repostaz