Meyxanaçı Kərim Novruzov vəfat edib.
 
Həmçinin TƏBİB-dən verilən xəbərə görə, bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Maştağa ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən meyxanaçı Kərim Novruzovun həkiməqədər ölüm faktı qeydə alınıb.
 
Meyxanaçı sabah Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn ediləcək.
 
Qeyd edək ki, 2017-ci ildə meyxanaçı Kərimin beyninə qan sızıb.
 
Xatırladaq ki, Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi olub, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafat — Qızıl medala layiq görülüb. 2001-ci ildə “Bu gedər, o biri gələr” adlı albomu işıq üzü görüb.

 

Baxış sayı: 312 | Tarix: 19.12.2025
Bizi Telegramda izləyin: @repostaz