“Azərbaycanda məktəblər inşa olunur və istilik təchizatı sistemi qurulur. Amma “Azəristiliktəchizat”ın SOCAR-a borcu olduğundan bəzi məktəblərdə istilik sistemi işləmir”

RePost.AzQafqazinfo”ya istinadən xəbər verir ki, bunu millət vəkili Elmira Axundova Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib. O bildirib ki, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur: “Nəticədə şagirdlər soyuq şəraitdə dərs keçməli olur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir. Bu problem öz həllini tapmalıdır”.

Millət vəkli valyutadəyişmə məntəqlərinin yenidən bərpa olunmasını da təklif edib. E.Axundova əlavə edib ki, bu gün ölkədə “qara bazar” tüğyan edir: “Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq “qara bazar”da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə mənətələrinin bərpa edilməsini təklif edirəm. Ümumiyyətlə başa düşə bilmirəm ki, bu valyutadəyişmə mənətəqləri niyə qapadıldı. Axı, bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı. Valyutadəyişmə məntəqələrinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsiri göstərir. Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir”.

RePost.Az


Baxış sayı: 2345 | Tarix: 07.12.2016
Bizi Telegramda izləyin: @repostaz