"Azərbaycan Dəmir Yolları" QSC (ADY) azad olunmuş ərazilərdə dəmir yollarının tikintisini davam etdirir.
 
ADY-dən verilən məlumata görə, Zəngəzur dəhlizinə aparan Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilməsi 85%, tikintisi isə 70% həcmdə tamamlanıb.
 
"Bu dəmir yolu azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Türkiyəyə qədər uzanacaq yeni nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq", - məlumatda qeyd olunur.

Baxış sayı: 293 | Tarix: 27.02.2026
Bizi Telegramda izləyin: @repostaz