Bəzi aparıcı beynəlxalq təşkilatların fəaliyyətləri qeyri-səmərəli görünür.
 
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqəndə keçirilən Sammitində çıxışı zamanı bildirib.
 
Dövlət başçısı 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən tam çıxarılmasını tələb edən BMT qətnamələrini nümunə göstərib.
 
Prezident İlham Əliyev vurğulayıb ki, BMT-nin bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi təqdirdə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr 27 il icra olunmayıb.
 
Prezident İlham Əliyev Azərbaycanın özünün Qarabağ münaqişəsini hərbi-siyasi metodlarla həll etdiyini və qətnamələrin icrasını təmin etdiyini diqqətə çatdırıb.

Baxış sayı: 3694 | Tarix: 16.09.2022
Bizi Telegramda izləyin: @repostaz