Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun dünən Prezident sarayında keçirilən kabinet iclasında istefa ərizəsini AKP sədri və prezident Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi iddia edilib.
 
BAKU.WS cumhuriyet-ə istinadən xəbər verir ki, prezident kabinetində daxili işlər naziri Süleyman Soylu tutduğu vəzifədən “əfv” istəyib, Ərdoğanın bu tələbə nə cavab verdiyi isə hələlik məlum deyil.
 
Məlumatda Ərdoğanın Soylunun əfv fərmanını qəbul etdiyi deyilir. Bəzi mənbələrdə isə hələlik bu tələbin saxlandığı bildirilir.
 
“Milli Gazete”nın xəbərinə görə, AKP üzvü Faruk Çəlik Türkiyənin yeni daxili işlər naziri təyin olunacaq.
 
Xatırladaq ki, Süleyman Soylu 2021-ci ildə də istefa ərizəsi vermişdi. Lakin Rəcəb Tayyib Ərdoğan onun istefa ərizəsini qəbul etməmişdi.

Baxış sayı: 4169 | Tarix: 27.09.2022
Bizi Telegramda izləyin: @repostaz