“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri planlaşdırılır”.
 
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi report-a müsahibəsində deyib.
 
Onun sözlərinə görə, İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri hər iki ölkənin gündəliyindədir: “Bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq”.

Baxış sayı: 3333 | Tarix: 30.09.2022
Bizi Telegramda izləyin: @repostaz