Türkiyə səfiri Cahit Bağçı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
 
Səfir bu barədə “Twitter“də bildirib.
 
Səfir Hikmət Hacıyevə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Qarabağ Zəfərinə həsr olunmuş gümüş xatirə sikkəsini hədiyyə edib.
 
“Türkiyə haqlı davasında sona qədər Azərbaycanın yanındadır”, - səfir bildirib.

Baxış sayı: 5024 | Tarix: 04.10.2022
Bizi Telegramda izləyin: @repostaz