"Qarabağ münaqişəsi artıq tarixdir".
 
Bunu Prezident İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib.
 
Dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi 2 il əvvəl həll edilib və bu kontekstdə praktiki olaraq müzakirə olunacaq nəsə yoxdur.
 
Prezident İlham Əliyev 2 il əvvəl Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Vladimir Putinə bir daha təşəkkür edib.

Baxış sayı: 3865 | Tarix: 31.10.2022
Bizi Telegramda izləyin: @repostaz