Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu nəhayət ki, "Soyuqdur” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib. 
 
RePost.Az-ın verdiyi xəbərə görə, təqdim edilən mahnının sözləri və musiqisi Namiq Qaraçuxurluya məxsusdur. Klipin çəkilişlərinin bir hissəsi Almaniyada, yarısı isə Azərbaycanda, Qəbələ şəhərində yerləşən Tufandağda həyata keçirilib.  
 
Ərsəyə gələn klipin rejissorluğunu Natiq Zeynalova öz üzərinə götürüb. Qeyd edək ki, Almaniyada həyata keçirilən çəkiliş prosesində iştrak edə bilməməsi səbəbindən ordakı çəkilişləri Natiq Zeynalovun nəzarəti ilə italyan operator Luigi Cassaro həyata keçirib. Klipin qurluşçu operatoru Rauf Qurbanəliyevdir.  
 
Klipdə Namiq Qaraçuxurlunun tərəf müqabili rusiyalı tanınmış model Taşa Turova olub. Qeyd edək ki, Taşa Turova 2 il "Lyubovnıe istorii" qrupunda solist kimi fəaliyyət  göstərib. Həmçinin də Rusiyanın TNT kanalında yaymlanan "Xolostyak” telelayihəsinin də iştrakçısı olub. 
 
RePost.Az
Mənbə:baku.ws
 

Baxış sayı: 2421 | Tarix: 16.03.2017
Bizi Telegramda izləyin: @repostaz