Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutumayacaq. 
 
RePost.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev açıqlama verib. 
 
“Brüsseldəki görüş dekabrın 7-də baş tutmalı idi. Amma dünən Hikmət Hacıyev mənə Şarl Mişelin ofisindən onunla əlaqə saxladığını bildirdi və bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa prezidenti Makronun qatılacağı təqdirdə razıdır. Bu o deməkdir ki, bu görüş baş tutmayacaq”, - İlham Əliyev vurğulayıb.

Baxış sayı: 4587 | Tarix: 25.11.2022
Bizi Telegramda izləyin: @repostaz