İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir. 
 
RePost.Az xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır. 
 
Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib. 
 
Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşacaq. 
 
Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. İdmançımız Rəsul Çunayev finala çıxdıqdan sonra Instagram-da video paylaşıb və Rusiya ilə qarşılaşacaqlarını bildirib.
 


Baxış sayı: 3371 | Tarix: 17.03.2017
Bizi Telegramda izləyin: @repostaz