İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir. 
 
RePost.Az-ın məlumatına görə, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır. Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib. 
 
Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşır. Qarşılaşma Bakı vaxtilə saat 18:30-da başlayıb. İdmançımız Rəsul Çunayev bütün görüşlərdə qalib gəlib. O, finalda 71 kq çəki dərəcəsində Rusiya idmançısı Abuyazid Mantsiqovla qarşılaşıb. 1-2 hesabı ilə rusiyalə pəhləvanın kürəyini yerə vuran Çunayev tatamidən qələbə ilə ayrılıb. Xal hesabında isə Rusiya komandası üstün olub - 5:3. 
 
Beləliklə Azərbaycan yarışları ikinci yerdə başa vurub. Üçüncü yeri isə İran komandası tutub.
 
Rusiya - AZƏRBAYCAN 5:3
 
59 kq - Minqiyan Semyonov - Taleh Məmmədov 9:2
66 kq - Artem Surkov - Nofəl Babayev 8:0
71 kq - Abuyazid Mantsiqov - Rəsul Çunayev 1:2
75 kq - Roman Vlasov - Elvin Mürsəliyev 2:1
80 kq - Adlan Akiev - Rafiq Hüseynov 1:1*
85 kq - Davit Çakvetadze - İslam Abbasov 1*:1
98 kq - Maksim Safarian - Orxan Nuriyev 0:3
130 kq - Sergey Semenov - Sabah Şəriəti 1*:1
 
Yekun nəticə
 
1. Rusiya
2. AZƏRBAYCAN
3. İran 
4. Türkiyə
5. Almaniya
6. Ukrayna
7. Qazaxstan
8. Belarus

Baxış sayı: 3409 | Tarix: 17.03.2017
Bizi Telegramda izləyin: @repostaz