“İran bizə Azərbaycan ordusuyla bağlı kəşfiyyat məlumatı verib”.
 
RePost.Az-ın məlumatına görə, bunu Ermənistan Xarici İşlər nazirinin müavini Vahan Kostanyanın “Al-Monitor”a müsahibəsində deyib. 
 
“İran bizə Azərbaycan Silahlı Qüvvələri ilə bağlı kəşfiyyat məlumatı verib. Ermənistanda Azərbaycanın 2022-ci ilin sentyabrında Ermənistana qarşı daha genişmiqyaslı təcavüz hazırladığına dair kəşfiyyat məlumatları var idi və bunun İranın hərəkətləri sayəsində qarşısı alınıb”. 
 
Kostanyanın sözlərinə görə, onlara bu haqda İran xüsusi xidmət orqanları kömək edib və əks-hücum hazırlayan Azərbaycan Silahlı Qüvvələrinin yeri barədə məlumat veriblər.

Baxış sayı: 8235 | Tarix: 01.02.2023
Bizi Telegramda izləyin: @repostaz