Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
 
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, aksiya gecəboyu davam edib.
 
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
 
Ekofəallar aksiyanın 66-cı günündə havanın şaxtalı olmasına baxmayaraq, müxtəlif şüarlar səsləndirirlər.
 
Hazırda havanın tempraturu -9 dərəcədir.
 
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Baxış sayı: 7456 | Tarix: 15.02.2023
Bizi Telegramda izləyin: @repostaz