ABŞ-ın Atlanta şəhəri yaxınlığında (Corciya ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb.

 

RePost.Az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat verib.

 

İlkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 1 nəfər ölüb, fərdi yaşayış evi yanıb.

 

Hadisə zamanı yaşayış evində heç kim olmayıb. Təyyarədə neçə nəfər olduğu və digər təfərrüatlar barədə hələ ki, məlumat yoxdur.



Apa


Baxış sayı: 3048 | Tarix: 25.03.2017
Bizi Telegramda izləyin: @repostaz