Ölkədə ehtiyac meyarının 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir
 
2017-ci ildə Azərbaycanda ehtiyac meyarının 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir. RePost.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
 
"Bu vəsaitin artması hesabına gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur", — deputat əlavə edib.
 
Qeyd edək ki, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi təsdiqlənərsə, 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
 
"Son illər Azərbaycanda ünvanlı sosial yardımlarla bağlı müsbət istiqamətdə dəyişikliklər var. Amma, işsizliklə bağlı problemləri nəzərə alsaq, indiki çətin iqtisadi dövrdə işsiz ailələrə kömək etmək olar".
 
O, əlavə edib ki, əmək pensiyalarının hesablanması ilə bağlı bəzi bölgələrdə ciddi problemlər var: "Bu problemlər məhkəmə çəkişmələrinə qədər gedib çıxır. Bəzən insanlar məhkəmələrdə udsalar da, onların yerinə yetirilməsi ilə əlaqədar problemlər ortaya çıxır. Bu baxımdan nazirlik bununla bağlı məsələləri ciddi nəzarətdə saxlamalıdır".
 
RePost.az
 

Baxış sayı: 3637 | Tarix: 08.12.2016
Bizi Telegramda izləyin: @repostaz