Ananı yaralayıb, iki övladı qanına qəltan edən şəxs öz əməlini necə həyata keçirdiyindən danışıb.
 
RePost.Az İstiPress-ə istinadən xəbər verir ki,  Azər Cəfərov əvvəlcə Saqil Qasımzadəni ona kömək etmək məqsədilə çağırıb. Daşımalı olduqları taxta parçası ilə başına vurub. Sonra isə onun əl-qolunu boynuna bağlayaraq maşının baqajına atıb. 
 
Sonradan qatil evə gəlib. Qapını döyüb. Səsə Lətifə Məmmədova çıxıb. Azər ona bir neçə bıçaq zərbəsi endirərək yaralayıb. Səsə çıxan Lətifənin qızı Fəridə Qasımovanın isə boğaz nahiyəsindən bıçaq zərbələri endirərək öldürüb.
 
Sonradan evə daxil olan Azər Cəfərov içərisində pul olan çantanı götürərək evi tərk edib.
 
Amma polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.
 
Onun idarə etdiyi “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
 
Azər Cəfərov hazırda vəziyyəti ağır olan Lətifə Məmmədovanın bacısı qızı ilə evli olub. 
 
 
<div style="position:relative;height:0;padding-bottom:75.0%"><iframe src="https://www.youtube.com/embed/WIHI1ysdme0?ecver=2" width="480" height="360" frameborder="0" style="position:absolute;width:100%;height:100%;left:0" allowfullscreen></iframe></div>

Baxış sayı: 2535 | Tarix: 03.04.2017
Bizi Telegramda izləyin: @repostaz