Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
 
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Viktor Orban səfəri çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcək.
 
Səfər çərçivəsində Gürcüstan-Macarıstan hökumətlərarası komissiyasının iclası da keçiriləcək və memorandum imzalanacaq.
 
Hökumət başçılarının mətbuata birgə bəyanatı da planlaşdırılıb.

Baxış sayı: 7855 | Tarix: 10.10.2023
Bizi Telegramda izləyin: @repostaz