Beynəlxalq Futbol Assosiasiyası Şurası futbol qaydalarına yeni dəyişiklik edib. Bu dəyişiklik oyunçulara göstəriləcək narıncı kartla əlaqədardır. 
 
Belə ki, yeni kart tətbiqi oyunçulardan 10 dəqiqə kənarda gözləmələrini tələb edəcək.
 
Sınaqlarının tezliklə başlaması gözlənilən narıncı kart gələn mövsümdən qüvvəyə minə bilər.
 
Sarı və ya qırmızı vərəqə arasında qalan hakimlər narıncı vərəqə göstərə biləcəklər. Narıncı kartı görən oyunçu 10 dəqiqə kənarda gözləyəcək.
Narıncı kart gələn mövsüm Premyer Liqa kimi yüksək səviyyəli liqalarda tətbiq oluna bilər.

Baxış sayı: 13916 | Tarix: 29.11.2023
Bizi Telegramda izləyin: @repostaz