Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. RePost.Az-ın məlumatına görə, mərhələnin cavab matçları çərçivəsində keçirilən iki qarşılaşmadan biri Bakıda, biri əyalətdə baş tutub.
 
İlk finalçı Qəbələdə müəyyənləşib. Eyniadlı komanda öz meydanında “İnter”i məğlub edib. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu dəfə 2 cavabsız qola sevinərək klub tarixində 2-ci dəfə finala çıxıb. Zaur Svanadzenin komandası isə möcüzəni reallaşdıra bilməyib.
 
Günün ikinci görüşündə Azərbaycan derbisi gerçəkləşib. 1992-ci ildən ölkə miqyaslı yarışların iştirakçısı olan “Qarabağ”la “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.
 
Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə qolsuz bərabərliyə razılaşaraq ardıcıl 3-cü dəfə finala çıxıb. Son 5 finalın iştirakçısı olan “Neftçi” isə seriyanı davam etdirə bilməyib.
 
Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.
 
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)
 
“Qarabağ” – “Neftçi” - 0:0
 
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 2:0
 
“Qəbələ” – “İnter” - 2:0
Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33
Qəbələ şəhər stadionu
İlk oyun – 3:1
 
RePost.Az

Baxış sayı: 3086 | Tarix: 05.04.2017
Bizi Telegramda izləyin: @repostaz