UEFA "Qarabağ" klubunu 45 750 avro (təxminən 84 532 manat) cərimələyib.
 
Qurum Bakıda Portuqaliyanın "Braqa" və Almaniyanın "Bayer" komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.
 
"Köhlən atlar" "Braqa"ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8 000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22 500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5 000, komandanın düzgün olmayan davranışına görə 7 500 avro ödəyəcək.
 
Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) isə azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. "Qarabağ" bu səbəbdən 2 750 avro ziyana düşüb.

Baxış sayı: 14923 | Tarix: 26.03.2024
Bizi Telegramda izləyin: @repostaz