Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.
 
Görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.
 
Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğuladı.
 
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlət başçısına minnətdarlığını bildirdi.
 
Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olundu.

Baxış sayı: 13612 | Tarix: 06.06.2024
Bizi Telegramda izləyin: @repostaz