Ermənistanda ümumilikdə 108 nəfər Qərbi Nil qızdırması virusuna yoluxub.
 
APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan məlumat verib.
 
O bildirib ki, ən çox yoluxma Armavir və Ararat vilayətlərində müşahidə olunur.
 
Nazirin sözlərinə görə, bir həftə ərzində yoluxanların sayında 16 nəfərlik artım qeydə alınıb.

Baxış sayı: 13004 | Tarix: 05.09.2024
Bizi Telegramda izləyin: @repostaz