7 Sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00 - dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcəkdir.

Bu barədə RePost.Az-a DYP-dən bildirilib.
 
Məlumata görə, monitorinq məqsədilə Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcəkdir.
 
Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcəkdir.

Baxış sayı: 4663 | Tarix: 07.09.2024
Bizi Telegramda izləyin: @repostaz