Ötən gün dünya pravoslavları Pasxa bayramını qeyd edib.


RePost.Az baku.ws-ə istinadən xəbər verir ki, işğal altında olan Dağlıq Qarabağda yaşayan ermənilər də bu bayramı keçiriblər.

Özlərinin olmayan hər şeyi məharətlə oğurlamağı bacaran ermənilər mənimsədikləri Alban xristian kilsəsi qarşısında bayram şadyanalığı ediblər. Onlar bayramı kilsənin qarşısında rəqs edib yallı gedərək qeyd ediblər.

Qeyd edək ki, Pasxa İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə” adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.

 


Baxış sayı: 2782 | Tarix: 17.04.2017
Bizi Telegramda izləyin: @repostaz