İngiltərədə "Tottenhem" və "Qarabağ" arasında baş tutacaq UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyununu fransalı hakimlər briqadası idarə edəcək.
 
Apasport.az xəbər verir ki, qarşılaşma FIFA referisi Villi Delajoda tapşırılıb.
 
Ona həmyerliləri Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benua Miyo, AVAR-da Alan Kicas (Avstriya) əyləşəcək.
 
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
 

Baxış sayı: 14581 | Tarix: 24.09.2024
Bizi Telegramda izləyin: @repostaz