Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib.

Bu barədə REPOST.AZ-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata əsasən, noyabrın 26-sı axşam saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

 

REPSOT.AZ


Baxış sayı: 2326 | Tarix: 27.11.2016
Bizi Telegramda izləyin: @repostaz