Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, Ş. Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, Ş. Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb, pulu verməyib. Buna görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanılıb.
 
RePost.Az

Baxış sayı: 2535 | Tarix: 26.04.2017
Bizi Telegramda izləyin: @repostaz