Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç (Ивана Воронич)  Kiyevdə 2 Rusiya Federal Təhlükəzislik Xidmətinin (FSB) 2 əməkdaşı tərəfindən öldürülüb. Qətl səsboğucu tapançadan istifadə etməklə həyata keçirilib. 
 
Böyük Britaniyanın “standard.co.uk” saytı yazır ki, Vladimir Putinin əmri ilə İvan Voroniçi öldürmək üçün Kiyevə qadın və kişidən ibarət 2 nəfərlik qrup göndərilib. Onlar İvan Voroniçi bir neçə güllə vurublar. O, aldığı yaralardan hadisə yerindəcə keçinib. 
 
O da maraqlıdır ki, qətilərdən biri 34 yaşlı Nərmin Quliyeva və həyat yoldaşı 1981-ci il doğumlu Güləlizadə Xəqanidır. Hər iki killer xüsusi əməliyyat zamanı məhv edilib.  
 
Britaniya nəşri bildirir ki, İvan Voroniç Rusiyada həyata keçirilmiş məşhur dron hücumunun planını cızanlardan biridir. Həmin hücum zamanı Rusiyaya 7 milyard dollarlıq ziyan dəymişdi. 
 
Sayt bildirir ki, mərhum Voroniç Ukrayna Xüsusi Əməliyyat Mərkəzinin 16-cı İdarəsinin 1-ci bölməsinin böyük əməliyyatçısı idi.
 
Elbəyi Həsənli. Sürix 

Baxış sayı: 787 | Tarix: 14.07.2025
Bizi Telegramda izləyin: @repostaz