Vaşinqtonda ABŞ, Ukrayna və Avropa liderlərinin görüşü olub. Görüş Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına həsr edilsə də, hələlik konkret qərar qəbul edilməyib. Tərəflər Ukraynanın təhlükəsilik zəmanətinin hazırlanması haqqında razılıq əldə ediblər. Tramp liderlərlə görüşü ərəfəsində Rusiya Prezidneti Putinə zəng edib və onun da Kievə təhlükəsizlik zəmanəti verilməsi ilə bağlı razılığına alıb.
Tramp bildirib ki, Putin münaqişənin dayandırılmnasına razıdır, amma torpaq mübadiləsi olmalıdır.
“Belə bir müzakirə hazırkı cəbhə xəttini və Rusiyanın nəzarətində olan əraziləri nəzərə almalıdır. Ərazi mübadiləsi hazırkı təmas xəttini nəzərə almaqla həyata keçirilməlidir”, – Tramp vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həllinə dair perspektivlər bir-iki həftə ərzində müəyyən olunacaq. Razılaşmanın əldə olunmaması ehtimalı da var. Əgər rəsmi Kiev razılıq verməsə, Ukraynaya dəstək dayandırılacaq. Sülh əldə olunarsa, o, Ukraynanı çox yaxşı müdafiə silahları ilə təmin edəcəyinə söz verib.
O həmçinin qeyd edib ki, Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq və üçüncü plkənin ordusu bu plkədə yerləşdirilməyəcək.
Ukraynaya təhlükəsizlik zəmanətləri Avropa ölkələri tərəfindən ABŞ-la koordinasiyalı şəkildə veriləcək.
Ukrayna Rusiyaya qarşı sülhdən sonra ABŞ-dan təhlükəsizlik zəmanətləri əldə etmək üçün Avropa vəsaiti hesabına 100 milyard dollar dəyərində ABŞ silahı alacağını vəd edir.
Bundan əlavə, Kiyev və Vaşinqton ukraynalı şirkətlər tərəfindən dronların istehsalı üzrə 50 milyard dollarlıq müqavilə bağlayacaqlar.
Kiyev həmçinin müharibə zamanı dəyən ziyanın tam ödənilməsini Rusiyadan tələb edir, bu ödəniş potensial olaraq Qərb ölkələrində dondurulmuş 300 milyard dollarlıq Rusiya suveren aktivləri hesabına həyata keçirilə bilər. Zelenski isə Rusiyaya qarşı heç bir torpaq güzəşt edilməyəcəyini bildirirb.
Bununla belə Putin və Zelenskinin mümkün görüşünə hazırlığa başlayıb və görüşün yeri daha sonra müəyyən ediləcək.
"Mən Prezident Putinə zəng etdim, onunla Zelenski arasında görüşün təşkilinə başlanılıb. Görüşün yeri hələ müəyyən edilməyib. Bu görüş baş tutduqdan sonra isə üçtərəfli danışıqlar keçiriləcək", - Ağ Ev rəhbəri vurğulayıb.