Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Paşinyandan ayrıldığını və hökumət evlərini tərk etdiyini açıqlayıb.
 
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
 
O bildirib ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi, onların rəsmi nikaha daxil olmaları anlamına gəlmir.
 
Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq. Çünki aldığı əmlak hələ tikilməkdədir.
 
Yaşayış xərclərinə gəldikdə isə, o, hesabında 5 milyon dram qaldığını bildirib.
 
O, qeyd edib ki, "Mənim Addımım" fondu ilə işini davam etdirmək istəyir. Lakin bu fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.
 
Baş nazir Nikol Paşinyan da Anna Akopyanla ayrıldıqlarını təsdiqləyib və onun qərarına hörmətlə yanaşdığını bildirib.
 
"Son 30 ildə həyatımın bütün çətin günlərində o mənim yanımda olub, dayağım və arxam olub. Əmin deyiləm ki, mən də onun üçün belə olmuşam. Bəlkə də ona daha çox kədər yaşatmışam, buna görə üzr istəyirəm", - o deyib.

Baxış sayı: 274 | Tarix: 27.02.2026
Bizi Telegramda izləyin: @repostaz