Kanada hökuməti vətəndaşlarına İranı dərhal təhlükəsiz şəkildə tərk etməyi tövsiyə edib.
 
Bu barədə məlumat Kanada hökumətinin rəsmi saytında yerləşdirilib.
 
Kanada hökuməti vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb.
 
Məlumatda bölgədəki gərginliklərə diqqət çəkilib. Bildirilib ki, İranda sosial iğtişaş, təsadüfi həbs və yerli qanunların qeyri-müəyyən tətbiqi riski var.
 
“İran hakimiyyəti xarici və ikili vətəndaşlığı olan şəxsləri həbs etməklə və ya saxlamaqla onların hökumətlərinə siyasi, diplomatik təsir göstərməyə çalışır”, - məlumatda deyilir.

Çin Xarici İşlər Nazirliyi, eləcə də Çin səfirliyi və konsulluğu da vətəndaşları İrana səfər etməməyə çağırıb.
 
Bildirilib ki, İranda olan Çin vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməli və ölkəni mümkün qədər tez tərk etməlidir.

Baxış sayı: 255 | Tarix: 27.02.2026
Bizi Telegramda izləyin: @repostaz