Xalq artisti Rafiq Əzimov paytaxt mağazalarından birində satılan balığın keyfiyyətindən narazı qalıb. 
 
RePost.az-ın eksklüziv məlumatına görə, Rafiq Əzimov Yasamal rayonu Zahid Xəlilov küçəsində, 53 nömrəli orta məktəblə üzbəüz yerləşən mağazada satılan balığın keyfiyyətindən şikayət edib. Aktyor balığın pis qoxu verdiyini bildirib. 
 
“Camaata kanalizasiya suyunda yetişdirdiyiniz balığı satırsız. İnsanları zəhərləyirsiz. Adam belə pul qazanmaz. 1 manat qazanın, amma kişi kimi, təmiz yolla qazanın. Özünüz yaxşı bilirsiz nəyi deyirəm”, - deyə Rafiq Əzimov mağazanın satıcılarına iradını sərt bildirib. 
 
Qeyd edək ki, mağazada kənd təsərrüfatı məhsulları, toyuq və balıq satılır. Rafiq Əzimov mağazanın müştərilərindəndir. 
 
Azər Selcan
RePost.az

Baxış sayı: 2535 | Tarix: 11.12.2016
Bizi Telegramda izləyin: @repostaz