“Seperatçıların “paytaxtı” Şuşaya köçürməsinə, Kəlbəcərdə məktəb, uşaq baxçası, xəstəxana və su elektrik stansiyasının tikintisinə necə mane olmaq mümkündür?”


RePost.Az   xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.


Politoloq bildirib ki, Rəsmi Bakı separatçıların Xankəndidə təmir etdiyi hava limanının istifadəsinə necə əngəl oldusa və separatçılar qorxularından bu hava limanından istifadə edə bilmirlərsə, təyyarələr enib-qalxmırsa, eyni taktikadan Şuşa və Kəlbəcərlə bağlı da istifadə etmək lazımdır:

“Necə oldu ki, separatçılar 20 ildə işğal altındakı torpaqlarda heç bir fəaliyyət göstərmədilər və qəfil həmin torpaqlarda tikinti işlərinə başladılar? Kim onlara bu təxribatlarına görə təhlükəsizlik zəmanəti verdi? Dərhal Minsk Qrupu həmsədrləri Bakıya çağırılmalı və onlar baş verənlərin hansı nəticələrə gətiriləcəyindən xəbərdar edilməlidirlər. Ümumiyyətlə elan edilməlidir ki, işğal altındakı torpaqlarda infrastruktur işləri və köçürülmə müharibəyə səbəb olacaq”.


Baxış sayı: 2535 | Tarix: 11.05.2017
Bizi Telegramda izləyin: @repostaz