Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
 
RePost.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
 
Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb. 
 
Faktla bağlı araşdırma aparılır. 
 
RePost.Az

Baxış sayı: 2554 | Tarix: 12.05.2017
Bizi Telegramda izləyin: @repostaz