Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar ölkədə 5 gün iş olmayacaq.
 
RePost.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin müvafiq məlumatında bildirilib.
 
2016-ci ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci ilin yanvarın 1 və 2-si də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.
 
Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-ü və 4-ü də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab olunur.
 
 
RePost.az
 

Baxış sayı: 2117 | Tarix: 11.12.2016
Bizi Telegramda izləyin: @repostaz