“Qırmızı bülleten”lə axtarışda olan 14 nəfər xarici ölkələrdə saxlanılaraq Türkiyəyə gətirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, müxtəlif cinayətlərdə ittiham olunan 9 nəfər Gürcüstandan, 2 nəfər Almaniyadan, 3 nəfər isə müvafiq olaraq Ermənistan, Xorvatiya və Monteneqrodan Türkiyəyə ekstradisiya edilib.
Axtarışda olanların Türkiyəyə gətirilməsi beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib.