Bakıda daha bir yeraltı piyada keçidi tikiləcək.

 

RePost.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, piyada keçidi Yasamal rayonunun Hüseyn Cavid prospektində, Hüseyn Cavid parkı ilə Akademiya bağı arasındakı piyada zolağının yaxınlığında inşa ediləcək.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yeraltı piyada keçidinin tikintisinə yaxın vaxtlarda başlanacaq. İki çıxışı olacaq keçiddə eskalatorun quraşdırılması nəzərdə tutulmur.

RePost.az

 


Baxış sayı: 1680 | Tarix: 11.12.2016
Bizi Telegramda izləyin: @repostaz