Rusiya prezidenti Vladimir Putin Krasnodar vilayətinə səfər edib.
 
RePost.Az xəbər verir ki, Rusiyanın dövlət başçısı buradan helikopterlə xüsusi turbadüzən "Pioneering Spirit" gəmisinə uçub.
 
Prezidenti gəmidə kapitan Fred Reqtop, "Qazprom"un sədri Aleksey Miller və "Allseas" İsveçrə şirkətinin rəhbəri Edvard Heyerem qarşılayıblar.
 
Putin "Türk axını" qaz kəmərinə rəsmi şəkildə start komandası verib. Qaz kəməri Qara dənizin Rusiya sahillərinin dibi ilə Türkiyəyə qədər uzanacaq.
 
RePost.Az

Baxış sayı: 2630 | Tarix: 23.06.2017
Bizi Telegramda izləyin: @repostaz