İyunun 26-da Rusiyanın Ryazan vilayətinin Rıbnovski rayon məhkəməsi yerli kafelərdən birində namaz qılan Azərbaycan vətəndaşını cərimələyib.

RePost.Az Report-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat yerləşdirilib.

İnsident, iyunun 23-də, cümə günü baş verib. Kişi kafelərdən birinin otağında axşam namazı qalıb. Məhkəmənin qərarına görə, bununla da o, vicdan azadlığı, dini etiqad azadlığı və dini təşkilatlar haqqında qanunvericiliyin tələblərini pozmuş olub.

Azərbaycan vətəndaşı günahını etiraf edib və bir həftədən sonra Rusiyanı tərk edəcəyini bildirib.

Bununla belə, o müqəssir bilinərək Rusiyadan çıxarılmamaq şərti ilə 3 min rubl məbləğində cərimə olunub.

RePost.Az


Baxış sayı: 2972 | Tarix: 27.06.2017
Bizi Telegramda izləyin: @repostaz