Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində  baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “La Provence” qəzeti yazıb.

 

Məlumata əsasən, iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər  yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür. Hadisənin mübahisə zəminində baş verdiyi, terrorla əlaqəli olmadığı bildirilir.

 


Baxış sayı: 2896 | Tarix: 03.07.2017
Bizi Telegramda izləyin: @repostaz