"Qara bazar”da dolların məzənnəsi kəskin yüksəlib.
 
RePost.az-ın  Virtualaz.org-a istinadən məlumatına görə, Bakıda Amerika valyutası 1 dollara 1,95 manat məzənnəsi ilə satılmağa başlayıb.
 
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən dolların müəyyən edilmiş rəsmi məzənnəsi 1,7475 manatdır. Lakin valyutanı banklarda əldə etmək, praktiki olaraq, mümkün deyil. Belə ki, banklar valyuta satışını dayandırıb.
 
Bununla birlikdə, hüquq-mühafizə orqanları "qara bazar”la mübarizəni gücləndiriblər. Son iki gün ərzində qeyri-qanuni valyuta alqı-satqısında günahlandırılan 10-dan artıq şəxs saxlanılıb.
 
RePost.az
 

Baxış sayı: 2345 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz