Futbol üzrə İspaniya La Liqasının 16-cı turunun oyunları keçirilib.

Repost.az-ın bildirdiyinə görə, turun mərkəzi  oyunu "Barcelona" "Espanyol" qarıılaşması olub.

"Barcelona" yenə də rəqibinə aman verməyib. Kataloniya derbisi  "Barcelona"-nın  4-1 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini müdafiəçi Alba, Mess və Luiz Suares vurub.  

Luiz Suares dubl etməklə yanaşı, son dəqiqələrdə məhsuldar ötürmə ilə yadda qalıb.

"Espanyol" isə daha çox qayda pozuntuları ilə yadda qalıb. Komandanın üç futbolçusuna hakim sarı kart göstərib.

Qələbə sayəsində, lider Madridin "Real" klubu ilə olan xal fərqini azaldaraq 3 xala endirib.

Qeyd edək ki, "Real" bu turda "Valensiya" ilə səfərdə keçirilməli  oyunu olan təxirə salınıb.

RePost.az


Baxış sayı: 4093 | Tarix: 19.12.2016
Bizi Telegramda izləyin: @repostaz