“Qarabağ” klubu Çempionlar Liqasının (ÇL) “pley-off” mərhələsində qazandığı qələbə ilə əlaqədar mükafat alıb.
 
RePost.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın ayırdığı 2 milyon avro bonus vəsait AFFA-nın vasitəsilə “Qarabağ” klubunun hesabına köçürülüb.
 
Qeyd edək ki, “Qarabağ” ÇL-in “pley-off” mərhələsində Danimarka təmsilçisi “Kopenhagen”i iki oyunun nəticəsinə əsasən üstələyərək (1:0, 1:2) turnirin qrupuna düşən ilk Azərbaycan klubu olub.
 
RePost.Az

Baxış sayı: 3219 | Tarix: 06.09.2017
Bizi Telegramda izləyin: @repostaz