Meksikada zəlzələ nəticəsində 149 nəfərdən çox adam ölüb. 

 
 RePost.Az xarici mətbuata istinadən xəbər verir ki, dağıntıların altında xeyli insan qalıb.

Meksika prezidenti Enrike Penya Neto əhaliyə müraciət edərək, təşvişə düşməməyi tapşırıb: “Hazırda əsas işimiz dağıntılar altında qalmış insanları xilas etmək və xəsarət alanlara yardım etməkdir”. 

 

Dövlət başçısı deyib ki, zəlzələ  ilə əlaqədar Mexio şəhərinin 40%-də , Morelos ştatının isə 60 %də elektriklər kəsilib. 


Xatırladaq ki, Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında maqnitudası 7,1 olan zəlzələ baş verib.


Baxış sayı: 4378 | Tarix: 20.09.2017
Bizi Telegramda izləyin: @repostaz