Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın Bakıya gələcək heyəti müəyyənləşib.
 
RePost.Az xəbər verir ki, baş məşqçi Eysebio Di Françesko 19 nəfərlik siyahını açıqlayıb.
 
Onlardan 2-si qapıçı, 5-i müdafiəçi, 7-si yarımmüdafiəçi və 5-i hücumçudu. Zədəsini yenicə sağaldan hücumçu Dieqo Perotti də heyətə salınıb.
 
Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski
Müdafiəçilər: Juan Jesus, Aleksandr Kolarov, Federiko Fazio, Bruno Peres, Kostas Manolas
Yarımmüdafiəçilər: Raca Nainqqolan, Kevin Strotman, Lorenzo Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Alessandro Florenzi, Gerson
Hücumçular: Dieqo Perotti, Edin Dzeko, Cengiz Ünder, Qreqorye Defrel, Stefan El Şaravi.
 
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Roma” qarşılaşması saat 20:00-da start götürəcək.
 
RePost.Az

Baxış sayı: 2419